5 İyun 13:25
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyası 78-ci sessiyasında 17-ci dəfə bütün qaçqınlar və məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qayıtmaq hüququnu tanıyan qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, 103 ölkə sənədi dəstəkləyib.

Bu, qətnamənin Baş Assambleyaya ilk dəfə təqdim edildiyi 2008-ci ildən bəri Gürcüstana verilən ən böyük dəstəkdir.

Azərbaycan və Ukrayna qətnamənin lehinə səs verib.

Ermənistan ilk dəfə bu qətnaməni dəstəkləyib, əvvəllər isə ya səsvermədə iştirak etməmişdi, ya da əleyhinə səs vermişdi.

9 ölkə sənədin əleyhinə çıxıb: Rusiya, Suriya, Nikaraqua, Zimbabve, Burundi, Belarus, Kuba, Şimali Koreya və Mali.

53 dövlət bitərəf qalıb.

2023-cü ildə 100 ölkə qətnaməni dəstəkləmiş, 9-u əleyhinə olmuş, 59-u isə bitərəf qalmışdı.

Qətnamənin rəsmi adı “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkünlər və qaçqınların vəziyyəti”dir.

Bundan əvvəl Moskva və sözügedən bölgələrdəki separatçı qurumlar Tiflisi bu cəhdlərindən əl çəkməyə çağırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər