6 İyun 13:25
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti mərhələdə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası asan olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistandan verilən son təxribatçı açıqlamaya diqqət çəkib:

“Göyçənin qubernatoru Karen Sərkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ermənistan Azərbaycan qoşunlarının Göyçə mahalından çıxarılması üçün başqa vasitələrə əl atacaq. Bu blefdir. Sərkisyan Azərbaycan qoşunlarının həmin ərazilərdən geri çəkilməsinin vacibliyini səsləndirdikdə erməni jurnalistin “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına yaxalanıb və qeyd edib ki, bu halda güc variantından istifadə edilə bilər, ancaq bu, son variantdır.

Görünür, erməni qubernatorun jurnalistin sualına cavab vermək üçün başqa variantı qalmayıb.

Həmin qubernatora da yaxşı bəllidir ki, Azərbaycan ordusu iki il əvvəl nəzarətini bərpa etdiyi strateji yüksəklikləri tərk etməyəcək. Ermənistan Baş naziri Nikol Paşinyanın strateji yüksəklikləri almaq üçün hərbi plana yaşıl işıq yandıracağı ehtimalı azdır. Bu, ona və ölkəsinə baha başa gələr. Paşinyan bunun fərqindədir, elə ona görə də bu mövzuda açıqlama vermir.

Erməni qubernatorun açıqlaması həm də ona dəlalət edir ki, növbəti mərhələdə iki ölkə arasında sərhədin müəyyənləşməsi asan olmayacaq, bu, gözlənilən idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər