Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
“Qardaş Pakistanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu, beynəlxalq ictimaiyyətin Pakistanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfəsinə inamını nümayiş etdirir”, - məlumatda qeyd edilib.