10 İyun 13:42
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı skandal açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Qəni “CNN Türk” telekanalına müsahibəsində danışıb.

Molla rejiminin müvəqqəti baş diplomatı da dəhliz layihəsinə “Ermənistan sərhədlərinin dəyişdirilməsi” kontekstində baxır.

“İran tərəfi bölgənin, xüsusən də Ermənistan-Azərbaycan nizamlanmasının inkişafına kömək edəcək bütün təşəbbüsləri dəstəkləyir. Bununla belə, Tehran regionun demoqrafik göstəriciləri və sərhədlərini dəyişdirəcək istənilən layihə və təşəbbüsün əleyhinədir”, - Qəni bildirib.

İran Ermənistanı özünün “qırmızı xətt”i elan edib. Guya Zəngəzur dəhlizi bu “qırmızı xətt”in keçilməsinə cəhddir. Dəfələrlə İran rəsmiləri və media qurumları bu mövzuda Azərbaycan əleyhinə hədyan və təxribatçı iddialarla çıxış ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər