11 İyun 20:39
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistan Baş naziri Nikol Paşinyanı çevriliş cəhdindən qoruyur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“ABŞ rəsmilərinin İrəvana mütəmadi səfərləri Paşinyanı çevriliş cəhdindən qorumaq məqsədi daşıyır. Rusiya-Ermənistan əlaqələri günbəgün böhrana yuvarlanır. Bu fonda erməni kilsəsinin rəhbərlik etdiyi aksiyalardan istifadə edilərək, təxribatlar törədilə bilər. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın İrəvana səfəri Vaşinqtonun Ermənistanda baş verənlərdən narahatlığının göstərir”, - ekspert qeyd edib.

Məhəmməd Əsədullazadə iddia edir ki, ABŞ Azərbaycanla sülh prosesində İrəvana tam siyasi dəstək verməyə çalışır:

“Bunu Vaşinqtondan Paşinyanın xahiş etdiyi istisna deyil. Obrayn İrəvana o mesajla gəlib ki, ABŞ çevriliş cəhdlərini qəbul etməməklə yanaşı, sülh prosesində İrəvanı dəstəkləyir.

ABŞ rəsmilərinin Ermənistana səfərlərini üç amillə izah etmək olar. Birincisi, Paşinyana tam siyasi dəstək. İkincisi, Rusiyanın artan təzyiqləri fonunda çevriliş ssenarilərini neytrallaşdırmaq. Üçüncüsü, Azərbaycanla sülh prosesində Ermənistana dəstək.

Hesab edirəm ki, ABŞ Ermənistanda konustitusiya referendumunun keçirilməsində də maraqlıdır. Bu, Azərbaycanın da dayanıqlı sülh üçün Ermənistandan tələbidir. Paşinyan belə bir referendumla Rusiyanın Ermənistandakı mövqeyini tam zəiflədəcək. Həmçinin ABŞ Paşinyanın mövqelərini bir qədər də gücləndirmək üçün Amerikadakı erməni diasporunun kilsə və revanşist siyasi qüvvələrə maliyyə dəstəyini dayandırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər