Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.