Nə ediriksə, edək, qonşularımız Azərbaycan, Türkiyə, Gürcüstan və İrandır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Məgər qonşularımızla problemi həll edə bilmərik? Hər dəfə gedək, başqa yerdən adam gətiririb deyək ki, gəl qonşumuzla məsələni həll elə?! Bir dəfə, iki dəfə, üç dəfə... Dördüncü dəfə adama deyərlər ki, işimizi-gücümüzü atıb gəlib sizin standartlarınızla məsələni necə həll edək? Standartlarımızla bağlı məsələni həll edəcəyik”, - baş nazir vurğulayıb.
Paşinyan əmindir ki, o, düzgün iş görür və bunu Ermənistan vətəndaşları üçün edir: “Mən bunu sizin üçün edirəm, bu yükdür, mən bu yükü daşımalıyam”.