6 İyul 11:37
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycan əsilli Məsud Pezeşkiyanın İran prezidenti seçilməsindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Pezeşkiyanın ölkəmizlə bağlı fikirlərinə də diqqət çəkib:

“İranda Məsud Pezeşkiyanın prezident seçilməsi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq. Pezeşkiyan Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayıb. O, bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib.

Pezeşkiyan bu vədləri yerinə yetirə biləcəkmi? Böyük ehtimalla İranın ali dini lideri (Əli Xameneyi) və ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiyana əngəllər yaradacaq.

Qərb ölkələrinin də Pezeşkiyandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır, bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər