Müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdən Azərbaycan heç kimdən çəkinməməlidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Xarici işlər naziri Ceyhun Bayramovun NATO-nun zirvəsində iştirak üçün ABŞ-yə işgüzar səfərə getməsi doğru qərardır. Azərbaycanın Rusiya və Çinlə strateji sazişlər imzalamasına baxmayaraq, biz NATO ilə əməkdaşlıqdan imtina etməməliyik. Azərbaycanın ABŞ və NATO ilə strateji əməkdaşlığı Rusiya və Çinə qarşı yönəlməyib, bunu Moskva ilə Pekin bilməmiş deyil. Əksinə, Bayramov dəvətə rəğmən, NATO toplantısına qatılmasaydı, bu, bizim Rusiya və Çindən çəkinməyimiz anlamına gələrdi. Müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdən Azərbaycan heç kimdən çəkinməməlidir. Azərbaycanın strateji müttəfiqi Türkiyədir və qardaş dövlətin prezidenti (Rəcəb Tayyib Ərdoğan) də NATO toplantısına qatılacaq”, - ekspert bildirib.