Türkiyədən xaricə tarixi əsərlər satan qrup həbs edilib.
Teleqraf.com xəbər verir ki, "Define-1" əməliyyatı zamanı qanunsuz qazıntı yolu ilə əldə edilmiş tarixi əsərləri xaricdəki hərrac evlərinə satmaqla məşğul olan dəstənin 47 üzvü tutulub.
Bu haqda Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib: "Türkiyədən qeyri-qanuni qazıntılar yolu ilə tarixi əsərlər əldə edərək xaricdəki hərrac evlərinə satan mütəşəkkil cinayətkar dəstənin üzvləri müəyyən edilib.
Şübhəlilərin bank hesablarının araşdırılması nəticəsində Avropa və ABŞ-də fəaliyyət göstərən 5 fərqli hərrac evindən təşkilat rəhbəri və onun ailə üzvlərinə 72 milyon lirə dəyərində valyuta göndərildiyi məlum olub. Pullar cinayətkar dəstənin üzvləri arasında bölüşdürülüb".