7 Avqust 10:11
6 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanla Çin siyasi-hərbi müstəvidə rəqib olmaqla yanaşı, iqtisadi zəmində də bir-biriylə yarışır. Araşdırmaya görə, Hindistan illik 8 faizlik artım tempini qoruyarsa, 2047-ci ilə qədər 55 trilyon dollarlıq iqtisadiyyata çevrilə bilər. Hindistan hökumətinin baş iqtisadi müşaviri Krişnamurti Subramaniyan bildirib ki, “Ernst & Young” şirkətinin 2047-ci il üçün 26 trilyon və ya “Goldman Sachs”ın 2075-ci il üçün 50 trilyon dollar proqnozu kimi ehtimallarla müqayisədə 55 trilyonluq hədəf iddialı görünür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Baş müşavirin sözlərinə görə, hökumətin 2016-cı ildən sonrakı addımları inflyasiyanın 2 faiz azalması ilə nəticələnib.

Məqalədə qeyd olunur ki, bu, rupinin dollara nisbətdə əhəmiyyətli dərəcədə aşağı ucuzlaşmasını göstərir:

“İnflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsi səbəbindən valyutanın dəyər itkisi orta göstəricidən xeyli aşağı olacaq. Bu durumda artım tempi 12 faiz ola bilər.

2023-cü ildə Hindistanın ümumi daxili məhsulu 3.28 trilyon olub. Proqnozlara görə, 2047-ci ildə ölkəni sadəcə iki iqtisadiyyat - ABŞ və Çin qabaqlayacaq. Hindistanın adambaşına düşən gəlirinin 40 000 dollar olacağı proqnozlaşdırılır.

Hindistan Çin qədər xarici ölkələrə yatırım qoymasa da, müxtəlif ölkələrdə ortaq layihələr reallaşdırır. Hindistanın tanınmış dərman şirkətlərindən biri Ələt iqtisadi zonasında birgə müəssisə inşa etməyi planlaşdırır. İki ölkə arasında ticarət əlaqələri genişlənməkdə davam etsə də, rəsmi Bakı Dehlinin Ermənistana hərbi texnika satmasından narazıdır. Dehli bunu dünya silah bazarında yerini möhkəmlətmək və başqa dövlətlərlə rəqabətdə geri qalmamaqla izah etsə də, Bakı Dehlinin bu siyasətini korrektə istəməsini istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər