Polşalı hüquqşünas və siyasətçi Tomas Lex Buçek 3 aylıq həbs və külli miqdarda pul cəriməsinə məhkum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Buçek özünün X sosial şəbəkə hesabında yazıb.
Hüquqşünas Azərbaycana qarşı separatçı fəaliyyətlərinə görə həbs olunduğunu iddia edib.
Buçek qeyd edib ki, məhkəmə qərarı Qarabağ separatçıları, eləcə də Bakıda saxlanılan erməni hərbi cinayətkarları, xüsusən də Ruben Vardanyana dəstəyi ilə bağlıdır.
“Mənim nəyə görə məhkum olunduğumu kim təxmin edə bilər? İttihamın arxasında kim dayanır?”, - Buçek əlavə edib.
Polşada həbs olunan Tomas Lex Buçek 44 günlük müharibə və bundan sonrakı dönəmdə sosial mediada Azərbaycana qarşı təxribatçı fəaliyyətləri ilə diqqət çəkmişdi.