TƏBİB Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Qurumdan Teleqraf.com-a bildirilib ki, Göygöl RMX-ya 3 mənbədən ümümilikdə 50 nəfər müraciət edib.
Onlardan 38 nəfərə müvafiq yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 12 nəfər hazırda stosionarda müalicə alır, vəziyətləri orta ağır qiymətləndirilir. Yaxın saatlarda onların da evə buraxılması nəzərdə tutulub.
Gəncə Səhiyyə şöbəsinin müdirinin verdiyi məlumata görə, ümümilikdə 96 müraciət daxil olub . Mənbə Yas mərasimidir.
Vəziyətləri ağır olan yoxdur. Müvafiq yardım göstərildikdən sonra hissə-hissə evə buraxılır. Hazırda 96 müraciətdən 46 nəfər stosionarda yardım alır. Vəziyətləri orta-ağır qiymətləndirilir.
Təcili yardım briqadaları operativ şəkildə xidmət göstərirlər . Əlavə köməyə ehtiyac olmadığı bildirilir.