Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərindən sonra Ermənistan Baş naziri Nikol Paşinyana azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların nəticələri barədə məlumat verəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya lideri bu barədə Bakıda jurnalistlər önündə çıxışında deyib.
“Əlbəttə, Azərbaycana səfərimdən sonra Baş nazir Paşinyanla əlaqə saxlayıb, danışıqlarımızın nəticələri barədə ona məlumat verəcəyəm”, - Putin qeyd edib.
O bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olacaq.