9 Fevral 2015 11:55
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən erməni əsilli tanınmış iş adamı Leon Armanlı 1915-ci il hadisələrinin heç bir mahiyyətinin qalmadığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Akşam" qəzeti məlumat verib.

Armanlı qeyd edib ki, Türkiyədə hakim partiyanın 12 illik fəaliyyəti nəticəsində 1915-ci il hadisələrini gündəmdə saxlamaq istəyən qüvvələrin səyləri puça çıxıb.

Qeyd edək ki, Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il hadisələri yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.

Bundan əvvəl Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifi ilə çıxış etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifinə hələ də cavab verməyib.


Müəllif: