29 Avqust 16:17
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi rəhbərliyi və ölkənin xaricdəki səfirlərinin illik seminarı Azərbaycanın dövlətlərarası sərhədə səfərlə yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın xarici siyasət qurumu məlumat yayıb.

Səfirlər və xarici işlər naziri Ararat Mirzoyan sərhədin Kiratns kəndi (Azərbaycanın Qazax rayonu istiqaməti –red.) hissəsində olublar.

Görülən və cari işlərin təfərrüatları Ermənistanın diplomatik xidmətinin rəhbər heyətinə təqdim olunub.

Diplomatları ərazidə sərhədçilər müşayiət edib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi artıq delimitasiya və demarkasiya olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər