Son illərdə Ermənistanda dövlət və dövlətçilik anlayışında dərin dəyişikliklər baş verir. “Vətən dövlətdir” və “əsl Ermənistan” məfhumları ilə bağlı olan bu dəyişiklik cəmiyyətdə getdikcə daha da genişlənir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Bu konsepsiyalara görə, Ermənistan daha çox torpaq əldə etmək üçün yox, təhlükəsizliyin, azadlığın və ədalətin rifahın tərkib hissəsi olduğunu dərk edərək, sırf öz vətəndaşlarının rifahını təmin etmək vasitəsidir”, - baş nazir bildirib.
Paşinyan sülh gündəliyinə sadiq qaldığını da iddia edib:
“Bütün bunlar Ermənistan hökumətinin sədaqətinin sarsılmaz olduğu balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət və sülh gündəliyi ilə tamamlanır. Bu gündəmlərə mümkün qədər səmərəli xidmət etmək hökumətin qarşıdakı fəaliyyət dövrünün diqqət mərkəzində olacaq”.
Baş nazirin çıxışındakı “Vətən dövlətdir” və “əsl Ermənistan” vurğularına gəlincə, bu, ermənilərin qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən ifadələrdir.