31 Avqust 15:42
5 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Bununla belə, o, Ermənistan Konstitusiyasında istinad edilən “Müstəqillik Bəyannaməsi”ndə Azərbaycana qarşı ərazi iddialarının olduğunu dolayı yolla etiraf edib:

“Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsində belə bir müddəa var ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Ali Şuranın tabeliyində silahlı qüvvələr, təhlükəsizlik orqanları və sair... Başqa sözlə, Müstəqillik Bəyannaməsində qeyd olunur ki, Ermənistan silahlı qüvvələri ölkənin qanunverici orqanına tabedir, amma 1995-ci ildə Konstitusiyanın qəbul edildiyi ilk andan ordu, Milli Təhlükəsizlik Xidməti, polis respublika prezidentinə tabe idi. Bu o deməkdir ki, Müstəqillik Bəyannaməsinin məzmunu avtomatik olaraq Konstitusiyada ifadə olunmur. Konstitusiyada hərfi mənada öz ifadəsini tapmayıb.

Üstəlik, həmin qərara istinad etsək, Ermənistandan bütün seçkilər Ermənistanın 29.7 min kvadratkilometr ərazisində keçirilib. Qarabağda heç vaxt Ermənistan referendumu və ya seçkisi olmayıb”.

Ermənistanın “Müstəqillik Aktı”nda Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları var. Söhbət Azərbaycanın Qarabağ İqtisadi Rayonu və Türkiyənin Anadolu bölgəsinin şərqindən gedir. Ermənistan Konstitusiyasında həmin akta istinad var, Azərbaycan bunun oradan çıxarılmasını tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər