27 Sentyabr 11:54
3 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm.

Teleqraf.com xəbər verir ki, bunu ləğv edilmiş separatçı qurumun sonuncu başçısı Samvel Şahramanyan İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlər Şahramanyandan niyə Azərbaycanın onun barəsində həbs qərarı vermədiyini soruşub.

“Mənim vaxtımda həbs qərarının niyə verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, - o qeyd edib.

Samvel Şahramanyan ötən ilin sentyabrında separatçı rejim ləğv edildikdən sonra Ermənistana qaçmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər