Anım Günü ilə əlaqədar Il Şəhidlər Xiyabanı ziyarət olunur.
Teleqraf.com xəbər verir ki, şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı 4 il keçsədə heç nəyin unudulmadlğını deyir:
“Danışmaq çox çətindir. Ancaq şükürlər olsun ki, torpaqlarımız azaddır. Doğma torpaqlarımıza qədəm basırıq. Həm mənim, həm övladlarımız üçün çox çətindir. Lakin fəxr edirəm ki, Zaur kimi qəhrəmanın həyat yoldaşıyam. O həmişə deyirdi ki, torpaqlarımız işğal altındadırsa, mən rahat ola bilmərəm. Torpaqlarımız azad ediləndə o qədər sevinirdi ki, o vaxta qədər belə sevindiyini görməmişdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.