15 May 2014 12:43
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən Rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayevin Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən kənarlaşdırılması barədə məlumat yayılıb.

Teleqraf.com məlumatı dəqiqləşdirmək üçün rayon polis şöbəsilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, N.Əlirzayev bir neçə gündür işə çıxmır. Növbətçi hissədən həmçinin qeyd olundu ki, N.Əlirzayevin işdən çıxıb-çıxmaması barədə onlarda məlumat yoxdur.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Teleqraf.com-a bildirib ki, Siyəzən RPŞ-nin rəisinin vəzifəsindən azad edilməsi barədə onda məlumat yoxdur.


Müəllif: