İrəvan Rusiya qoşunlarının Ermənistan-İran sərhədindən (Zəngəzur bölgəsi) çıxarılmasına nail olmaq üçün ABŞ qarşısında öhdəlik götürüb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Ekspert bir müddət öncə bununla bağlı irəli sürdüyü iddiasının təsdiqləndiyini bildirib:
“İddiam təsdiqləndi. Ermənistan baş naziri ilə Rusiya prezidenti arasında razılıq əldə olunub ki, 2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsini Ermənistan Sərhəd Qoşunları həyata keçirəcək.
Ermənistan-İran dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində xidmət bütünlüklə Ermənistan Sərhəd Qoşunları tərəfindən aparılacaq.
Bir aydan çoxdur bu haqda danışıram. Nəinki iddiam təkzib olunmadı, hətta rəsmi təsdiqini tapdı. Nikol Paşinyan ABŞ-a Rusiya qoşunlarının Ermənistan-İran sərhədindən mümkün qədər tez çıxarılmasına nail olmaq öhdəliyi götürüb. Vaşinqtonun bu istəyi onun siyasətindən, Orta dəhlizin (və bura daxil olan Zəngəzur dəhlizinin) həyata keçirilməsi imperativindən irəli gəlir.
Moskvanın necə bir təhlükəsizlik boşluğu yaratmağı planlaşdırdığını zaman göstərəcək. Bircə onu da əlavə edim ki, Kremlin bu məsələdə İranla heç bir strateji razılaşmasının olmadığını düşünürəm.
Düzü, heç Paşinyanın da hesablamasının nə olduğunu bilmirəm”.