29 Noyabr 11:30
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putinin sərəncamı ilə Rusiyanın Qarabağdakı keçmiş sülhməramlı kontingentinin komandiri, general-polkovnik Rüstəm Muradov Quru Qoşunları Komandanının birinci müavini təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Muradov Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşdirilən rus sülhməramlı qüvvələrinin ilk komandiri olub. General burada xidmətini başa vurduqdan sonra Rusiyanın şərq qüvvələrinə komandir təyin edilib, amma 2023-cü ilin aprelində bu vəzifədən azad olunub.

Rusiyanın sülhməramlı kontingenti bu il Azərbaycan ərazisindən çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər