29 Noyabr 15:06
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Rusiyaya kömək eləməlidir ki, Azərbaycan da KTMT-yə üzv olsun.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın “Mənim Ölkəm” hərəkatının sədri Mqer Avetisyan deyib.

“Ermənistanın təhlükəsizlik arxitekturasının qurulması və regionda sülhün yaradılmasında Rusiyaya kömək etməliyik. Bunun üçün Ermənistan Qərbin bizim regional problemlərə qarışmasına imkan verməməlidir. Ermənistanın regional problemləri 3+3 formatında, yəni region dövlətlərinin razılığı və rəyi ilə həll edilməlidir. Ermənistan nəinki KTMT-dən çıxmamalı, Azərbaycanın KTMT-yə üzv olması üçün Rusiyaya kömək etməli və diplomatik addımlar atmalıdır”, - deyə siyasətçi bildirib.

Avetisyanın iddiasına görə, bütün bunlar regionun təhlükəsizlik arxitekturasını daha da gücləndirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər