30 Noyabr 23:49
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ABŞ-dakı səfiri David Zalkaliani istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuat mənbələrə istinadla məlumat yayıb.

Digər məlumatlara görə, Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya da vəzifəsini tərk edib. Bu məlumat hələ rəsmən təsdiqlənməyib.

Bu arada Gürcüstanın Litvadakı səfiri Salome Şafakidze “X” hesabında istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, D.Zalkaliani 2018-2021-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər