5 Dekabr 18:32
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın dörd müxalifət partiyası aksiyalarda saxlanılan bütün şəxslərin azadlığa buraxılmasını və təkrar seçkilərin keçirilməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə onların qəbul etdiyi birgə bəyanatda deyilir.

Bildirilib ki, bu tələblərin yerinə yetirilməsi böhrandan çıxmaq üçün zəruridir.

Sənəddə təkrar seçkilərin yeni və müstəqil seçki administrasiyası tərəfindən və hüquq-mühafizə orqanlarının siyasi neytrallığı şəraitində keçirilməsi tələb olunub.

Bəyanata imza atan siyasi birliklər “Dəyişikliklər naminə koalisiya”, “Milli hərəkat”, “Güclü Gürcüstan” koalisiyası və “Gürcüstan naminə” partiyasıdır. Bu siyasi təşkilatlar oktyabrın 26-da baş tutmuş parlament seçkilərində mandat əldə etsələr də, qanunverici orqanda təmsilçilikdən imtina ediblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər