6 Dekabr 23:22
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqramın təsisçisi Pavel Durov Fransada ona qarşı açılmış iş çərçivəsində ilk dəfə Paris məhkəməsində ifadə verib.

Teleqraf.com AFP-yə istinadən xəbər verir ki, Durov iki vəkilinin iştirakı ilə Paris məhkəməsində qısa çıxış edib.

"Fransa məhkəməsinin ədalətinə inanıram. İttihamlara veriləcək heç bir cavabım yoxdur", deyə Durov qeyd edib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Ona qarşı qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb. Durov 5 milyon avro girov müqabilində zaminə buraxılıb və Fransadan çıxışı da qadağan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər