ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Gəncəyə səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səfirliyin "X" platformasındakı paylaşımında bildirilib.
Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib.
"Səfir Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd edilib