17:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycanla sülh müqaviləsini imzalaması üçün Ermənistana təzyiqi gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Arevik Ovannisyan deyib.

“Suriyadakı son hadisələr fonunda Türkiyədən demək olar ki, hər gün Cənubi Qafqaz və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin zəruriliyi ilə bağlı bəyanatlar verilir. Dünən Türkiyə müdafiə naziri Yaşar Gülər ​​ölkə parlamentində çıxışı zamanı bəyan edib ki, Türkiyə tezliklə Ermənistan və Azərbaycanın razılığa gələcəyinə və Cənubi Qafqazda sabit sülhün bərqərar olacağına ümid edir.

Həmçinin, o, Türkiyənin bundan sonra da “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Azərbaycanın yanında olduğunu söylədi.

Bir çox analitiklər Suriyadan sonra Türkiyənin diqqətini Ermənistana yönəldəcəyi qənaətindədir”, - jurnalist bildirib.

Ovannisyan hesab edir ki, Suriyadakı gərginlik fonunda Cənubi Qafqazda sakitlik Türkiyə üçün çox vacibdir:

“Türkiyəyə görə, belə bir sakitlik Rusiya və Qərbin bölgədə təsirinin güclənməsinin qarşısını ala bilər. Buna görə də Ankara tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəyir. Beləliklə, Türkiyə Suriya məsələsi həll olunandan sonra Cənubi Qafqaz mövzusuna müraciət edəcək”.

Erməni jurnalist Ankaranın bundan sonra Bakı ilə sülh müqaviləsini imzalaması üçün İrəvana təzyiqi artıracağını düşünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər