18 Dekabr 21:24
8 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Jaguar Land Rover" avtomobil zavodunda çalışan türk mühəndis Hazar Denli işdən çıxarılıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, buna səbəb onun daha öncə çalışdığı "Tata Motors"a bağlı "VinFast" elektrik avtomobillərində təhlükəsizlik problemlərini aşkara çıxarması olub.

İngiltərənin BBC radiosu Hazar Denlinin aşkara çıxardığı qüsurların "Tata Motors"da narahatlıq yaratdığını və bu üzdən işdən çıxarıldığını bildirib.

Avtomobil şini üzrə mütəxəssis olan Denli Viyetnam üçün elektrik avtomobilləri istehsal edən "Vinfast"ın buraxdığı maşınların təkərlərində problemlərin olduğunu bildirib.

Qeyd edib ki, bu avtomobillər çuxura düşdükdə təkər sistemi idarəetmədən çıxır və sükan idarəolunmaz hala gəlir. Hazar Denli "VinFast"un rəhbərliyinin kadr siyasətini də sərt tənqid etmişdi. Şirkət səhvlərini düzəltmək əvəzinə türk mühəndisin "Tata Motors"dakı işindən ayrılmasına çalışıb və buna nail olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər