Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində 12 nəfərin vəziyyəti son dərəcə ağırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Çeçenistan lideri həlak olanların yaxınlarına başsağlığı verib.
“Azərbaycan Hava Yolları aviaşirkətinin təyyarəsi ilə Bakı-Qroznı reysi ilə uçarkən, Aktauda baş vermiş qəzada vəfat edən sərnişinlərinin yaxınlarına başsağlığı verirəm”, - Kadırov bildirib.