Politoloq Fərhad Mehdiyev Azərbaycan Hava Yolları Şirkətinə (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı ehtimallarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
Mehdiyev paylaşımında bir sıra maraqlı məqamlara diqqət çəkib:
“Düşünmək olar ki, niyə pilot təyyarəni Xəzərə endirmədi?
Təyyarənin uçuş traektoriyasına baxanda görürsünüz ki, Xəzər dənizinin üstündə ikən anidən sağa - şərq istiqamətinə dönür. Amma Aktau hava limanında 45 dərəcəlik dönmə bucağına gəldiyi nöqtədə 90 dərəcəlik sağa dönüş etməklə, təkrar Xəzər dənizinə doğru uçmağa başlayır, yəni hava limanına eniş etməkdən vaz keçir.
Xəzər dənizinə az qalmış isə sağ qanadı ilə yerə dəyir. Sağ qanadında olan benzin dərhal partlayır.
Ehtimal verdiyim mənzərə budur: Xəzər dənizinin üstündə pilot benzini boşaltmağa başlayır. Aktau hava limanına dönüş edib düz xətlə limana çatacağı yerdə pilot fikrini dəyişir. Pilotun fikrini dəyişməsinin üç səbəbi ola bilər. Birincisi, Aktaudan ona enişə icazə verməyə bilərlər. İkincisi, pilot həmin enişi texniki problemlərdən Aktauda həyata keçirə bilməyəcəyinə qənaət gətirə bilər. Üçüncüsü, pilot düşünmüş ola bilər ki, tulladığı benzin çox olub və hava limanına kifayət etməyə, bu səbəblə təkrar Xəzər dənizinə qayıdıb təyyarəni orda endirməyə çalışa bilər.
Təyyarənin qış aylarında dənizə endirilməsinin riskləri quruya enməsindən hər bir halda azdır. Əsas risk təyyarənin suyun altına girməsi, digər risklər isə suyun soyuq olması, xilasedicilərin gec gələ bilməsi, dənizdə yırtıcı balıqların olması kimi sadalana bilər.
Növbəti faktların bilinməsi daha dəqiq cavabın tapılmasına imkan yaradacaq”.