Rumıniya Xaric İşlər Nazirliyi Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır", - paylaşımda qeyd olunub.