25 Dekabr 13:36
2 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərnişin təyyarəsi qəzaya uğramazdan əvvəl fövqəladə vəziyyət barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Qəzaya uğrayan təyyarə qəzadan əvvəl fövqəladə vəziyyət barədə məlumat verib və Aktauda eniş etməyi planlaşdırıb”, - məlumatda deyilir.

Xatırladaq ki, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər