Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin məlumatında bildirilib.

Məlumata əsasən, başsağlığı kitabı 26 dekabr (saat 13:00-18:00) və 27 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) tarixlərində açıq olacaq. Eyni zamanda başsağlığı qeydləri elektron qaydada tbilisi@mission.mfa.gov.az email vasitəsilə də qəbul ediləcək.

Səfirlik baş vermiş dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyib, ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verib və yaralılara şəfa arzu edib.