"Təyyarənin dənizə endirilməsi qərarı məntiqli ola bilməzdi".
Bu sözləri Teleqraf.com-un Türkiyə bürosuna açıqlamasında mülki aviasiya üzrə türkiyəli ekspert Musa Əlioğlu deyib.
Onun sözlərinə görə, pilotun təyyarəni eniş zolağına endirmək cəhdi doğru qərardır:
"Təəssüf ki, təyyarə eniş zolağına çatmamış daşlıq əraziyə çırpılıb. Hava gəmisində dönüş üçün depolanan yanacağın olması isə daha güclü yanğına səbəb olub. Araşdırma prosesində təyyarədə istehsal xətası ehtimalı da nəzərdən keçiriləcək. Təyyarə xətalı istehsal edilibsə, o zaman həmin şirkət təzminat ödəməlidir".
Qəzanın səbəblərindən danışan ekspert bildirib ki, ilkin versiyalar 2-3 gün ərzində açıqlanacaq.
M.Əlioğlu onu da əlavə edib ki, təyyarəyə kənar müdaxilələrlə bağlı araşdırma 3-4 ay çəkə bilər.