Qəzaya uğrayan təyyarənin stüardessası Hökümə Əliyevanın meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.
Onlar arasında Hökümə Əliyeva ilə yanaşı pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun meyitlərinin də olduğu açıqlanıb.
Qeyd edək ki, digər ekipaj üzvləri stüard Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimli isə müxtəlif dərəcəli xəsarətlər alıblar.