Qazaxıstan rəsmiləri təyyarə qəzasında xəsarət alan Azərbaycan vətəndaşlarını Aktau Hava Limanından yola salıblar.
Teleqraf.com Manqistau vilayət administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onlara xəstəxanada lazımi tibbi yardım göstərilib.
Vida mərasimində Mangistau vilayətinin hakiminin müavini Tlegen Abışev, Aktau şəhərinin hakimi Abilkair Baypakov, Qazaxıstan Xalqları Assambleyasının üzvləri, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Manqistaulular Azərbaycana öz dəstəklərini bildiriblər.
Hazırda altı zərərçəkmiş Mangistau xəstəxanasında saxlanılır. Onlardan 4-nün vəziyyəti ağır, 2-nin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.