26 Dekabr 21:02
234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarədə sağ qalan yaralı sərnişinlər Yeni Klinikaya yerləşdirilirlər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, onlardan bir qismi reanimasiyada, digərləri isə terapeya şöbəsidə müalicələrini davam etdirəcəklər.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər