“Azərbaycan Hava Yolları”nın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin həlak olan kapitanı İqor Kşnyakinin qızı sosial şəbəkə hesabında təsirli paylaşım edib.
Teleqraf.com onun paylaşımını təqdim edir:
“Ata, sən mənim qəhrəmanımsan. Sən həmişə mənim qəlbimdə yaşayacaqsan. Sən onlarla insanı xilas edə bilmək üçün öz həyatını qurban verdin. Sən çox güclü olmusan. Mən həmişə sənin kimi atam olduğuna görə fəxr edəcəyəm. Sən çox şən olmusan, bizim üçün əlindən gələni etmisən. Bizim xoşbəxt olmağımızı istəmisən. Ən gözəl ata! Ümid edirəm ki, cənnətdə olacaqsan. Allah rəhmət eləsin”.