29 Dekabr 2024 12:29
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında ağır yaralanan qırğızıstanlı 20 yaşlı Rinat Asanov özünə gəlib.

Teleqraf.com xəbər verir ki, hazırda gənc Manqistau regional xəstəxanasındadır, onun iki həmyerlisi də burada müalicə alır.

Həkimlərin sözlərinə görə, digər iki zərərçəkənin vəziyyəti stabil olaraq qalır.

Xatırladaq ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər