29 Dekabr 2024 19:18
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət almış və Bakıya gətirilərək “Yeni Klinika”da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.

Teleqraf.com xəbər verir ki, başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Yeni Klinika”nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib.

Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər