Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin “qara qutu”sunun deşifrə üçün Braziliyaya göndərmək qərarı müstəqillik, suverenlik və qərəzsizliyin təzahürüdür.
Teleqraf.com xəbər verir ki, bu sözləri qazaxıstanlı politoloq Eduard Poletaev deyib.
“Qazaxıstan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür. Qəbul olunmuş sənədlər və qaydalar əsasında, həmçinin Azərbaycan və Rusiyanın aviasiya orqanları ilə aparılmış məsləhətləşmələr nəzərə alınaraq, “qara qutu”ların təyyarənin istehsalçısı olan Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.
Bu qərarın qəbul edilməsi müstəqillik, suverenlik və qərəzsizliyin təzahürüdür. Məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şəxsi nəzarəti altındadır”,- politoloq qeyd edib.