Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Türkiyə tərəfi Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini Ermənistan-Azərbaycan nizamlanması (sülh müqaviləsi) ilə əlaqələndirməkdə davam edir”, - nazir bildirib.

Mirzoyan Türkiyənin hələlik bu mövqeyinin (şərtinin) dəyişmədiyini vurğulayıb.

Onun sözlərinə görə, bununla belə, dialoq həm nazirlər və səfirlər səviyyəsində, həm də mümkün olduqca, ölkələrin liderləri səviyyəsində davam etdiriləcək.