12:03
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanla mümkün yeni müharibə üçün "B" planı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Heç kim mübahisə eləmir ki, bütün məsələlərin sülh yolu ilə həlli ən yaxşı ssenaridir. Amma (Ermənistanda) heç kim real vəziyyəti və Cənubi Qafqazdakı əsas oyunçuların maraqlarını düzgün qiymətləndirmir. İstənilən eskalasiyanın fəlakətli nəticələrini hamı yaxşı bilir.

Ermənistan hökumətinin bu durumda ölümcül səhvi ondan ibarətdir ki, adekvat xarici siyasəti, heç bir qlobal və ya regional oyunçu ilə müttəfiqlik əlaqələri, onlardan heç bir təhlükəsizlik zəmanəti və ya təsirli çəkindirmə mexanizmləri olmadığı üçün mümkün müharibə ilə bağlı "B" planı yoxdur”, - ekspert belə söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər