Azərbaycana qarşı təxribatçı açıqlamaları və fəaliyyətləri ilə diqqət çəkən Fransanın Ermənistandakı səfiri Olivye Dekotini yenə “iş” başındadır.
Teleqraf.com xəbər verir ki, provokator bu dəfə sosial mediada Azərbaycanın tarixi Dərələyəz mahalı ilə bağlı paylaşımı ilə gündəmə gəlib.
Fransalı diplomat Avropa ölkələrinin İrəvandakı səfirlərinin Azərbaycanın tarixi bölgəsinə səfərini təşkil edib.
“Bu gün Avropa ölkələrinin səfirləri ilə birlikdə Ermənistanın Vayots Dzor bölgəsinə (Dərələyəz mahalı – red.) səfər edirik.
Avropa İttifaqı və onun üzv dövlətləri ilə əməkdaşlıq;
Ermənistanın suverenliyi və ərazi bütövlüyü;
Avropa İttifaqının monitorinq missiyasına dəstək”, - Dekotini "X" sosial şəbəkə hesabında yazıb.