09:57
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş vilayəti istiqamətində bəzi ərazilər sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində Azərbaycana təhvil veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Bu, çox mühüm strateji əhəmiyyətə malik “qızıl üçbucaq” adlanan əraziyə aiddir. Bura Azərbaycana təhvil verilsə, bir sıra ərazilər, o cümlədən qaz kəməri onun nəzarətə keçəcək”, - məlumatda deyilir.

Mənbə məsələnin hansı ərazilərlə əlaqəli olduğunu dəqiqləşdirməsə də, söhbətin Azərbaycana məxsus anklavlar - Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən getdiyi ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər