Ermənistan Baş naziri Nikol Paşinyan Dünya İqtisadi Forumunda iştirak etmək üçün sabah (yanvarın 23-də) Davosa yola düşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi məlumat yayıb.
Qeyd olunur ki, Paşinyan Davosda panel müzakirələrində iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev dünəndən Davosdadır. Ermənistan tərəfi Paşinyanla Əliyev arasında mümkün görüş barədə heç bir məlumat verməyib.