Rusiya artıq Ermənistan hakimiyyətinə dözməyəcəyinə dair qərar verib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatında bizim üçün yeni heç nə yoxdur, məsələ başqadır. Məsələ budur ki, niyə Belarus lideri belə bəyanat verir və rusiyalı həmkarı Vladimir Putinə istinad edir? Düşünürəm ki, Rusiya artıq hakimiyyətə dözməyəcəyinə qərar verib. Əsas mesaj da budur. Rusiya bununla o mesajı verir ki, Avropa İttifaqı dəyişir, Kanada baş naziri (Castin Trüdo) dəyişir, Nikol Paşinyanın tərəfdarı hesab edilən Fransa lideri (Emmanuel Makron) tezliklə dəyişəcək, yəni hökumət artıq Avropa və BMT-yə arxalana bilməz.
Hakimiyyət tək qalıb. Paşinyanın bu gün yeganə ümid yeri Türkiyə və Azərbaycandır”, - ekspert bildirib.
Danielyanın fikrincə, vəziyyətin çətinliyini anlayan Paşinyan Bakı və Ankara ilə anlaşmağa çalışır.
Xatırladaq ki, Lukaşenko bundan öncə Paşinyanı təhlükəli oyun oynamaqda, bölgədə müharibəni qızışdırmaqda və Ermənistanı məhvə sürükləməkdə ittiham etmişdi.