15:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Egey və Aralıq dənizlərindəki haqlı siyasətini “neo-imperializm və neo-Osmanlıçılıq” kimi xarakterizə edən Yunanıstan müdafiə naziri Nikos Dendias beynəlxalq ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyan açıqlamalar verib.

Teleqraf.com “Türkiyə” qəzetinə istinadla xəbər verir ki, nazir çıxışında Ankaranın “Mavi Vətən” (dənizlər) doktrinası ilə yeni imperialist anlayışı inkişaf etdirdiyini iddia edib.

Dendias Türkiyənin Egey dənizindəki yunan adalarının yarısının, hətta Kritin ona aid olduğunu düşündüyünü bildirib.

Türkiyədə Osmanlı imperiyasını dirçəltmək arzusunda olan qrupların olduğunu söyləyən Dendias Ankaranın təkcə Yunanıstan yox, Suriya, İraq, İran və Cənubi Qafqaz kimi bölgələrdə də iddiaları olduğuna dair bir dezinformasiyaya da əl atıb.

Yunanıstan müdafiə naziri Türkiyəni hədəfə alan açıqlamalarında açıq şəkildə ABŞ-ni bu ölkəyə qarşı hərəkətə keçməyə çağırıb.

Dendiasın açıqlamalarında diqqətçəkən digər məqam Ankaranın NATO daxilindəki rolunu müzakirəyə açmaq cəhdi olub. Müdafiə naziri Türkiyənin NATO-nun şərq cinahında böyük problem yaratdığını və Vaşinqtonun buna imkan verməməli olduğunu bəyan edib.

Dendias çıxışının son hissəsində İŞİD-i bəhanə gətirərək, PKK terror təşkilatına açıq dəstək çağırışı edib. Yunan nazir PKK-nı “unudulmaması lazım olan Qərbin müttəfiqi” adlandıraraq, ABŞ və Qərbin bu təşkilata dəstəyini davam etdirməli olduğuna eyham vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər